Gəncənin mərkəzində yerləşən 5 ulduzlu Ramada Plaza by Wyndham Ganja otelində 2 ədəd üzgüçülük hovuzu, idman zalı və sauna mövcuddur. Şık şəkildə dizayn edilmiş bütün otaqlarda düz ekran TV və pulsuz Wi-Fi təmin olunur.
Klassik üslubda dekorasiya edilmiş otaqlarda çay/qəhvə hazırlamaq imkanı və kondisioner mövcuddur. Həmçinin yemək sahəsi var. Bütün geniş vanna otaqlarında xalat və terliklər təqdim edilir.
Ramada Plaza by Wyndham Ganja-nın zərif restoranında ənənəvi Azərbaycan mətbəxinin və Aralıq dənizi mətbəxinin dadını çıxara bilərsiniz. Müxtəlif spirtli içkilərlə zəngin olan bar müasir dizayna malikdir.
Qonaqlar tennis kortu və qapalı olimpiya hovuzu kimi müxtəlif idman imkanlarından pulsuz istifadə edə bilərlər. Masaj və gözəllik prosedurları üçün əvvəlcədən rezervasiya etmək mümkündür.
Otel Gəncə Hava Limanından avtomobillə cəmi 12 dəqiqəlik, Gəncə Mərkəzi Dəmiryol Stansiyasından isə 6 dəqiqəlik məsafədə yerləşir. Günün 24 saatı fəaliyyət göstərən resepsiyon heyəti səyahət biletlərinin bronunda sizə kömək edə bilər. Təhlükəsiz və pulsuz avtodayanacaq da mövcuddur.