Premium Hotel Ganja

143₼ /gecəsi

Gəncə ş., Heydər Əliyev pr. 271 (Asan xidmət və Rabitəbankın yanı)

Təsvir

Yeni və müasir dizaynla yaradılan otelimiz ailəvi, iş və ciddi biznes qonaqlarının qarşılanması üçün tam uyğundur. 4 Ulduzlu otelimizin ekoloji təmiz və səs-küydən uzaq otaqları sizin rahat dincəlməyinizə tam şərait yaradır. Duyğu və düşüncələrinizi ön plana çıxara bilən unikal bir konsepsiya ilə Premium Hotel sizi şəhərin tam mərkəzində qarşılamağa hazırdır.Premium Hotel Gəncə dördulduz konsepsiyasına uyğun yüksək standartlar ilə hazırlanmışdır. Premium Hotel Gəncə 28 otaq təşkil edir, bunlardan 12 Standart otaq, 12 Deluxe otaq, 4 Suit otaqlardır. Qonaqlara yeni texnologiya və rahatlıq təklif etmək üçün təşkil olunmuşdur. Həmçinin hotel ərazisində ödənişsiz parkinq, bütün otaqlarda 300-dən çox kanallı LED SMART televizor, pulsuz yüksək sürətli internet, fen, fərdi havalandırma sistemi, ödənişli və ödənişsiz minibar, hamam ləvazimatları, usb port, seyf, 24 saat “room service” xidməti mövcuddur. Hotelimizdə yerləşən Premium Restoran sizə qonaqlarımızın ağız dadına uyğun olan Azərbaycan və dünya mətbəxindən ləziz təamları təklif edir. Hotelimiz booking*com rezervasiya portalında Gəncə şəhəri üzrə 9.6 bal ilə 1-ci sıradadır.

Üstünlük

Wi-Fi
Səhər yeməyi
24/7 mühafizə
Gediş-gəliş xidməti
Çoxdilli İşçi heyəti
Restoran
Bar

Hotel Xidmətləri

Camaşırxana
Ütüləmə xidməti
Otaq xidməti
Oyatma zəngləri

Qaydalar

Giriş
14:00
Çıxış
12:00

İstiqamət

Gəncə ş., Heydər Əliyev pr. 271 (Asan xidmət və Rabitəbankın yanı)

Üstünlük

Wi-Fi
Səhər yeməyi
24/7 mühafizə
Gediş-gəliş xidməti
Çoxdilli İşçi heyəti
Restoran
Bar

Hotel Xidmətləri

Camaşırxana
Ütüləmə xidməti
Otaq xidməti
Oyatma zəngləri