Qazax - Azərbaycanın qərbində, Gürcüstanla sərhəddə yerləşən, tarixi abidələri, təbii mənzərələri və zəngin mədəni irsi ilə seçilən rayondur. Qədim tarixə malik olan bu bölgə həm tarixi-mədəni turizm, həm də kənd və dağ turizmi üçün əlverişlidir. Qazaxda yerləşən otellər, istirahət mərkəzləri və kotteclər səssiz və rahat istirahət axtaranlar üçün idealdır. Rayonun ərazisində Daş Salahlı, Yuxarı Salahlı, Aşağı Əskipara kimi tanınmış kəndlər və arxeoloji abidələr mövcuddur.