Xoş və mənalı istirahət məqsədi ilə füsunkar təbiəti ilə göz oxşayan "Şəki Park" Oteli seçsəniz yanılmazsınız. İstirahət kompleksində, rahatlığınızı təmin edəcək otel binasında yerləşən ən müasir standartlara uyğun, yüksək komfortlu, standart və lüks otaqlar, 1, 2, 3 otaqlı koteclər, əsrarəngiz təbiətin gözəlliyinə çıxışı olan qapalı və açıq restoran mövcuddur. Təbii ki, bu restoranda Azərbaycan, xüsusi ilə Şəki mətbəxinin ləziz təamları ilə bərabər, Avropa mətbəxinin çeşidləri də Sizlərə təklif olunacaq. Restoranda səhər yeməyi ödənişə daxildir. "Housekeeping" xidməti otaqlarınızın daim səliqəli və təmiz saxlanılması üçün gündəlik fəaliyyət göstərir. Qonaqların səmərəli istirahəti üçün "Şəki Park" Otel fitnes zalı, sauna, müalicəvi masaj, bilyard salonu, karaoke - bar, voleybol meydançası, tennis kortu və açıq hovuzu ilə Sizlərin xidmətindədir. "Şəki Park" Oteldə işgüzar toplantıların keçirilməsi üçün xüsusi iclas zalı da mövcuddur. Uşaqlı valideynlərin rahat istirahət etməsini təmin etmək məqsədi ilə uşaqlar üçün xüsusi guşə yaratmağı da unutmamışıq. İstirahət kompleksi ərazisində WiFi dan pulsuz istifadə edə bilərsiniz. Eyni zamanda "Şəki Park" Otel ərazisində avto dayanacaq mövcuddur. Bundan əlavə kompleksdə suvenir satış məntəqəsi fəaliyyət göstərir.